Ana Sayfa > Karusel / İdman > Millinin baş məşqçisi kim olacaq?

Millinin baş məşqçisi kim olacaq?


3-11-2017, 10:03. Yazar: Xeberaz

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutacaq yığıncaq saat 9:30-da başlayacaq.
 
Tədbirin əsas müzakirə mövzusu Azərbaycan millisinin baş məşqçisi vəzifəsi ilə bağlı olacaq. Komitə üzvləri müqaviləsi başa çatan Robert Prosineçkini kimin əvəzləyəcəyinə aydınlıq gətirəcək.
 
İclasda AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə təqdimat da nəzərdə tutulub. Həmçinin, digər məsələlər də müzakirə ediləcək.


Geri dön