Ana Sayfa > Karusel / Hadisə > 12 yaşlı şagirdə qarşı əxlaqsızlıq edən direktor barədə cinayət işi başlandı

12 yaşlı şagirdə qarşı əxlaqsızlıq edən direktor barədə cinayət işi başlandı


2-11-2017, 13:38. Yazar: Xeberaz

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində cinayət işi açılıb.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
 
Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
 
Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
Geri dön