Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > Dollar ucuzlaşır neft qalxır

Dollar ucuzlaşır neft qalxır


20-03-2015, 16:47. Yazar: Elmir
Dollar ucuzlaşır neft qalxır


Dolların məzənnəsi aparıcı dünya valyutalarına nisbətən zəiflədikcə, dünya bazarlarında neftin qiyməti bahalaşır. Bu gün səhər saatlarında dünya birjalarında Brent neftinin qiyməti 0,46% artaraq barrel üçün 54,68 dollara çatıb. Amma Texas neftinin qiyməti 0,11% ucuzlaşaraq barrel üçün 43,91 dollar olub. ABŞ federal rezerv sisteminin iclasından sonra dolların qiyməti düşür və neft bahalaşır. Bu proses Azərbaycanda da özünü göstərir. Mərkəzi Bankın verdiyi məlumata görə, dünən 1 avro kəskin bahalaşaraq 1.1118 manatdan 1.129 manata qalxıb.

Əvəzində ABŞ dollarının məzənnəsi isə manata nisbətdə ucuzlaşıb. Belə ki, 1 ABŞ dolları 1.0488-dən 1.0486-a düşüb.
Geri dön