Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / M2 / Xəbəraz TV > Hacı Quliyev və İradə İsak sizə tezliklə “Ümidlə gəl” deyəcəklər – VİDEO – FOTO

Hacı Quliyev və İradə İsak sizə tezliklə “Ümidlə gəl” deyəcəklər – VİDEO – FOTO


30-10-2017, 16:40. Yazar: Xeberaz

Xəbəraz.Az xəbər verir ki,dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Televiziya kanallarının sosial məsələlər üzrə eksperti Hacı Quliyev və bir çox möhtəşəm layihələri ilə gündəmə gələn tanınmış teleaparıcı İradə İsak 6 noyabrdan etibaren “Lider TV”də “Ümidleə gəl” layihəsinə start verirlər. Proqramda sosial mövzular və əsasəndə sosial yönlü kütləvi aksiyaların keçirilməsi nəzərdə tutulur.
Layihənin mətbuat xidmətinin KİV-ə verdiyi məlumata görə hal-hazırda proqram üzərində ciddi iş gedir və çox böyük peşəkar yaradıcı qrup çalışır:
“Proqramla bağlı yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də celb olunub. Hər xırda detala belə xüsusi diqqət yetirilir. İrade İsak və Hacı Quliyevin imici ilə hazırda xarici stilisler meşğuldur. Proqram üçün geyimler bir neçe ay öncədən hazırlanmağa başlayıb. H.Quliyev, xaricdə fəaliyyət göstərən, hazırda ölkəmizdə yenicə fəaliyyətə başlamış tanınmış modelyerin geyimləriylə sizin qarşınıza çıxacaq.
Proqramın dekoruna da xüsusi fikir verilir. Bir neçe şirkətdən dekor layihələri alınsa da, dekor seçimi uzun sürən müzakirələrdən və peşakarların rəyinden sonra öz təsdiqini tapıb. Verilişin başlığı üzərində “Lider TV”nin qrafistləri xüsusi zövqlə çalışmaqdadır. Hazırda əsasən bölgələrimizdə çəkilişlər aparılır, hər iki aparıcı bölgələrdə qonaq olaraq, insanların problemləri ilə yaxından tanış olmaq üçün səfər edirlər. Artıq verilişin anonsları televiziya tamaşaçılarına nümayiş olunur.”
Qeyd edək ki, “Ümidlə gəl” verilişi 6 noyabrdan etibarən həftə içi üç gün-bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:15-də yayımlanacaq.




Geri dön