Ana Sayfa > Karusel / Hadisə > Sevdiyi qızı başqasına verdilər, özünü asdı - Astarada intihar

Sevdiyi qızı başqasına verdilər, özünü asdı - Astarada intihar


30-10-2017, 09:16. Yazar: Xeberaz

Astara rayonunda intihar hadisəsi qeydə alınıb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Nazim Elvin oğlu İbrahimov yaşadığı evin həyətində özünü asaraq intihar edib. İntihara ilkin səbəb kimi N.İbrahimovun sevdiyi qızın başqası ilə nişanlanması göstərilir.
 
Faktla bağlı araşdırma aparılır.
Geri dön