Ana Sayfa > Karusel / Dünya / Maraqlı > Bu məhbuslar "Skype" vasitəsi ilə hər gün övladları ilə danışacaq

Bu məhbuslar "Skype" vasitəsi ilə hər gün övladları ilə danışacaq


29-10-2017, 12:46. Yazar: Xeberaz

Hollandiyada həbs edilmiş şəxslər cəzaçəkmə müəssisəsində video-çat proqramı olan “Skype” vasitəsi ilə hər gün övladları ilə danışa biləcək.Övlad sahibi olan məhbusların ailə həyatına bağlılığını davam etdirməsi məqsədi ilə yeni “Atalar yuvası” layihəsinə başlanılıb. Bu məqsədlə Leuvarden və Esenhem həbsxanalarındakı ata olan məhbusların internet vasitəsi ilə hər gün övladları ilə görüntülü danışmasına şərait yaradılıb.
 
Pilot layihəyə 20 məhbus cəlb edilib. Məqsəd isə ataların etdiyi cinayətlərin uşaqlar üzərində yaratdığı psixoloji təzyiqi azaltmaqdır. Bu yolla insanların cinayətə meylliliyinin daha da azaldılması da proqnozlaşdırılır.
 
Bildirilir ki, videobağlantı yaradılan otaqda gözətçilər olmayacaq və burada uşaq oyuncaqları da yerləşdiriləcək. Əgər layihə gözlənilən effekti versə, ölkədəki bütün həbsxanalarda tətbiq ediləcək və övladı olan hər məhkum üçün ayrıca kompüter təşkil ediləcək.
 
Qeyd edək ki, atası məhbus həyatı yaşamış şəxslərin cinayətə bulaşma ehtimalı böyükdür. Bu layihə isə həm uşaqların, həm də onların atalarının həbsxanaya düşmə ehtimalını 6 dəfə azaldacaq.




Geri dön