Ana Sayfa > Karusel / Gündəm / İdman > Biz siyasi manipulyasiya vasitəsi deyilik - “Barselona” La Liqadan gedəcək?

Biz siyasi manipulyasiya vasitəsi deyilik - “Barselona” La Liqadan gedəcək?


29-10-2017, 12:37. Yazar: Xeberaz
Biz siyasi manipulyasiya vasitəsi deyilik - “Barselona” La Liqadan gedəcək?
Kataloniyanın müstəqillik elan etməsindən sonra “Barselona” klubu La Liqadan atılmağın bir addımlığına gəlib.
İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas Kataloniyanın təktərəfli müstəqillik elan etməsi təqdirində “Barselona”nın liqadan çıxarılacağını bildirmişdi.
Klub isə liqadan çıxmaq istəmədiyini demişdi. Klubun prezidenti Josef Bartomeu da bu barədə açıqlama vermişdi:
“Üzvlərimizin bilməsini istəyirəm ki, La Liqada oynamağa davam etmək istəyirik. “Barselonaya və üzvlərimizin fərqli görüşlərinə hörmət edilməsini istəyirik. Biz siyasi səbəblərə görə manipulyasiya ediləcək vasitə deyilik”.
Geri dön