Ana Sayfa > Karusel / Hadisə > Keçmiş həyat yoldaşını küçənin ortasında döydü – BAKIDA

Keçmiş həyat yoldaşını küçənin ortasında döydü – BAKIDA


29-10-2017, 12:29. Yazar: Xeberaz

Bakıda xuliqanlıq hadisəsi baş verib. Xətai rayon sakini, 41 yaşlı Qərənfil Mustafayeva (ad şərtidir) polisə müraciət edərək bildirib ki, keçmiş həyat yoldaşı Nazim onu Cavanşir küçəsi 2 ünvanındakı binanın qarşısında döyüb.
 
Qadın bildirib ki, bir neçə il əvvəl həyat yoldaşından rəsmən boşanıb. Lakin bundan sonra da onlar arasında münaqişələr baş verib.
 
Müraciət əsasında araşdırma aparılır.
Geri dön