Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > "Ərə gedəcəyim kişi ayda 10 min qazanmalıdır" - Maral Tahirqızı

"Ərə gedəcəyim kişi ayda 10 min qazanmalıdır" - Maral Tahirqızı


28-10-2017, 11:09. Yazar: Xeberaz
"Ərə gedəcəyim kişi ayda 10 min qazanmalıdır" -  Maral Tahirqızı
"Sosial şəbəkələrdə izləyənlərim çoxdur. Yaxşı mesajlar yazırlar. Amma içərilərində pisləri də olur. Ailə tərbiyəsi görməyən adamlardır".
Bu sözləri ARB TV-nin "Günə davam" proqramına açıqlama verən müğənni Maral Tahirqızı deyib.
Müğənni "Eurovision" müsabiqəsinə qatılmaq istədiyini deyib:

"İstərdim ki, o yarışmada iştirak edim. Avropa və dünya səhnələrində konsert verib çıxış etmək istərdim. Orada konsertlərdən çox pul götürürlər, toylara getmirlər".

Maral əməkdar artist Elza Seyidcahanın şeirlərini ələ salıb:

"Elzanın səsi var? Belə adalmar gündəmdə qalmaq üçün kiminsə ünvanına daş atırlar. Onun şeirlərini oxuyub çoxlu gülmüşəm. Elə başa düşdüm ki, nəsəd emək istəyir, qorxur. Başlayır elə "ddd, bbb..." yazıb tökür. Deyə bilmədiyi sözləri işarəylə yerinə yetirməyə çalışır".

Tez-tez evlilik təklifi aldığını deyən Maral "Ərə gedəcəyiniz kişi nə qədər maaş almalıdır" sualına belə cavab verib:

"Ərə gedəcəyim kişi işləyib qazanmalıdır. Mən kişi saxlayan deyiləm. 2 min maaş azdır. İndi bu məbləğlə ancaq orta səviyyədə dolana bilərsən. Gərək gəzməyədə pul çatsın. Kişi 5-7-10 min qazanmalıdır". 

Geri dön