Ana Sayfa > Karusel / Maraqlı / M2 / Xəbəraz TV > Akula 10 min dollarlıq kameranı belə uddu (VİDEO)

Akula 10 min dollarlıq kameranı belə uddu (VİDEO)


1-07-2015, 19:42. Yazar: Xeberaz
Akula 10 min dollarlıq kameranı belə uddu (VİDEO)
Baham adalarında sənədli film çəkən dalğıc təhlükəli anlar yaşayıb.
Baham adalarında köpək balıqları haqqında sənədli film çəkən dalğıc təhlükəli anlar yaşayıb.

Xeberaz.az -ın məlumatına görə, çəkiliş zamanı nəhəng heyvanlardan biri kameraya hücum edərək onu dişinə salıb və dartmağa başlayıb. Özünü itirməyən repartyor kameranı əlindən buraxmayıb və nəticədə köpək balığı onu avadanlıq qarışıq sürüməyə başlayıb. Hadisə həmin vaxt su altinda olan digər bir operatorun kamerasına düşüb.

Videoda aydın görünür ki, kamera uğrunda aparılan mübarizədə akula insana qalib gəlir. Nəticədə 10 000 dollar dəyəri olan kamera köpək balığının yeminə çevrilib.

Belə hallara Baham adalarında tez-tez rast gəlinir. Bu ərazi aqressiv mavi və ağ köpək balıqlarının əsl məskənidir. Lakin buna baxmayaraq, minlərlə turistlər hər il, məhz, həmin nəhəngləri görməyə gəlirlər.
[media=https://youtu.be/Y1KV_7kpmOM]
Geri dön