Ana Sayfa > Karusel / İqtisadiyyat / Araşdırma > Asiya milyarderlərin sayına görə ABŞ-ı qabaqlayıb

Asiya milyarderlərin sayına görə ABŞ-ı qabaqlayıb


27-10-2017, 09:54. Yazar: Xeberaz


Asiya regionu 2016-cı ildə milyarderlərin sayına görə ABŞ-ı keçib.Bu barədə “UBS Group” maliyyə holdinqinin məlumatında bildirilir.
 
Məlumata görə, Asiyada  milyarderlərin sayı 117 nəfər artaraq 637-ə çatıb, ABŞ-da isə bu göstərici 563 nəfər təşkil edib. Dünyada ən zəngin insanların ümumi sərvətinin həcmi il ərzində 17 faiz artaraq 6 trilyon dollara çatıb. Bununla belə, pul kütləsinin böyük hissəsinə - 2,8 trilyon dollara, əvvəlki kimi, amerikalılar nəzarət edir. Asiya üzrə isə bu göstərici 2 trln. dollar təşkil edir.  
 
“UBS Group”un məlumatına görə, Asiyada milyarderlərin sayının artması Çində iqtisadi inkişafla bağlı olub. 2016-cı ildə milyarderlərin siyahısına keçən insanların 75 faizi Çin və Hindistandandır.  
Geri dön