Ana Sayfa > Karusel / Gündəm > Məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək - YENİ QAYDA

Məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək - YENİ QAYDA


26-10-2017, 11:36. Yazar: Xeberaz

Məzarlıqlar barədə Nazirlər Kabinetixüsusi qərar qəbul edəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: “Onun üzərində mütəxəssislər geniş iş aparıblar. Yeni qaydalar tətbiqi keçmiş qəbiristanlıqlara şamil edilməyəcək, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək.
 
Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələr və s. yaradılmasına icazə verilməyəcək”.
 
M. Qurbanlı vurğulayıb ki, bu qaydalar məzarlıqlarda bütövlükdə vəziyyətin nizamlaması məqsədi daşıyır.



Geri dön