Ana Sayfa > Karusel / Hadisə > Bakıda həyat yoldaşından ayrılan kişinin DƏHŞƏTLİ SONU

Bakıda həyat yoldaşından ayrılan kişinin DƏHŞƏTLİ SONU


26-10-2017, 11:18. Yazar: Xeberaz
 
Bakıda dəhşətli intihar hadisəsi baş verib.Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1980-cı il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub.
 
Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb.
 
Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. Valideynləri hadisədən o, özünü binadan atandan sonra xəbər tutublar.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön