Ana Sayfa > Karusel / Hadisə > Bakıda lombarda silahlı BASQIN

Bakıda lombarda silahlı BASQIN


25-10-2017, 13:04. Yazar: Xeberaz
Bakıda lombarda silahlı BASQIN
Bakının Nəsimi rayonu ərazisində obyektlərdən birində basqın edilib.
Rayon ərazisində fəaliyyət göstərən lombarda gəlmiş naməlum şəxs orada işləyən Anar Əliyevi tapança ilə hədələyib.
Maska taxmış şəxs Anar Əliyevdən pul və qızıl tələb edib. Amma səs-küy yarandığı üçün hadisə yerindən qaçıb.
Polisin keçirdiyi əməliyyat tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Allahverdiyev tutulub.
Geri dön