Ana Sayfa > Karusel / İdman / Xəbəraz TV > Dmitri Nazarova ağır cəza

Dmitri Nazarova ağır cəza


24-10-2017, 14:23. Yazar: Xeberaz


Almaniya Futbol İttifaqının İntizam Komitəsi “Erzgebirge”nin futbolçusu Dimitri Nazarovu cəzalandırıb.
Buna millimizin yarımmüdafiəçisinin Almaniya 2-ci Bundesliqasında 11-ci turunda “Yan Regensburq” qarşı matçın 20-ci dəqiqəsində topu bilərkdən rəqib futbolçusunun üzünə vurduğu üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.
Buna görə İntizam Komitəsi D.Nazarovu 3 oyunluq cəzalandırıb. Bundan başqa, klub 3 min avro məbləğində cərimələnib.
Klubun rəsmi saytına açıqlama verən D.Nazarov qərarla razılaşdığını bildirib: "Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Ona görə də üzr istəyirəm”.

Geri dön