Ana Sayfa > Karusel / İdman > PSJ “Barselona”ya daha bir zərbə vurmağa hazırlaşır

PSJ “Barselona”ya daha bir zərbə vurmağa hazırlaşır


24-10-2017, 14:05. Yazar: Xeberaz

Uzun müddətdi “Barselona”nın transfer gündəmini zəbt edən Filipp Koutinyoya daha bir komanda “elçi düşüb”. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yayda Neymarı Kataloniya klubundan transfer edən PSJ ispanlara daha bir zərbə vurmağa hazırlaşır. 
 
Belə ki, Paris təmsilçisi “Liverpul”un yarımmüdafiəçisi üçün ingilislərlə danışığa başlayıb. PSJ rəhbərliyi FİFA-nın dünən təşkil etdiyi “The Best” adlı tədbirində “mersisaydlılar”a niyyətlərini çatdırıblar. Fransızlar ən geci mövsümün sonunda bu keçidi reallaşdırmaq arzusundadılar.
 
Qeyd edək ki, yay fasiləsində “Liverpul” Koutinyonun transferi üçün “Barselona”dan 200 milyon avro tələb etmişdi.


Geri dön