Ana Sayfa > Karusel / İqtisadiyyat > CNN-nin məşhur aparıcı Bakının “qara siyahısı”na salınacaq

CNN-nin məşhur aparıcı Bakının “qara siyahısı”na salınacaq


24-10-2017, 14:00. Yazar: Xeberaz
CNN-nin məşhur aparıcı Bakının “qara siyahısı”na salınacaq
CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden adı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etdiyi üçün “qara siyahı”ya salınacaq.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “RİA Novosti”yə açıqlamasında deyib.

“CNN telekanalının aparıcı, amerikalı baş aşpaz Entoni Burden Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiyi üçün arzuedilməz şəxslərin siyahısına daxil ediləcək”, - deyə Hacıyev bildirib.

Qeyd edək ki, E.Burden Dağlıq Qarabağa qanunsuz səfər edərək, işğal altındakı ərazilərdən 45 dəqiqəlik veriliş hazırlayıb.
Geri dön