Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Şəhidimiz dəfn edildi

Şəhidimiz dəfn edildi


23-10-2017, 13:10. Yazar: Xeberaz

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.
 
Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Geri dön