Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Foto-fakt > Bakıda qatardan qaçan məhkum kriminal aləmin üzvü imiş - YENİ FAKTLAR

Bakıda qatardan qaçan məhkum kriminal aləmin üzvü imiş - YENİ FAKTLAR


23-10-2017, 10:27. Yazar: Xeberaz
Qaçan məhkumlardan biri “Qoca”nın adamıdır
Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kriminal aləmə yaxın şəxsdir.
O və qardaşı Zaur Ağami “Masallı Mamed”lə “Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.
Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən “razborka”dan sonra saxlanılıb. Həmin görüşdə “Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək  öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də “Abdulla” kimi tanınır. Bir pasportda o “Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə “Hüsyenov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.
Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.
Həmin hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb. 



Geri dön