Ana Sayfa > Karusel / Gündəm / Hadisə > ŞOK OLAY: Bakıdan rayona aparılan məhkumlar qatardan qaçdı - ADLAR

ŞOK OLAY: Bakıdan rayona aparılan məhkumlar qatardan qaçdı - ADLAR


23-10-2017, 10:05. Yazar: Xeberaz


Bakıda qaçan məhbusların adları məlum olub.
 
Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
 
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
 
**
09:28
 
Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.
Həmin məhkumlar Bakıdan Şirvana qatarla aparılırmış. Qatar Biləcəri stansiyasında dayananda onlardan ikisi qaçmağa nail olub.
 
Hazırda qaçan məhkumların axtarışı davam edir. 




Geri dön