Ana Sayfa > Karusel / M2 / Foto-fakt / Texnologiya > “Nar”dan “WhatsApp” açıqlaması

“Nar”dan “WhatsApp” açıqlaması


1-07-2015, 17:11. Yazar: Xeberaz
“Nar”dan “WhatsApp” açıqlaması
Şirkət məlumat yaydı.

“Azərfon” şirkəti (“Nar” ticarət nişanı) Azərbaycanda “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərlə bağlı son günlər mətbuatda gedən yazılara cavab olaraq açıqlama yayıb.

Xeberaz.az xəbər verir ki, Oxu.Az-a şirkətdən verilən məlumata görə, “Nar” operatoru tərəfindən heç bir zəng məhdudiyyəti tətbiq olunmayıb.

Şirkətdən bildirilir ki, problemin kökü konkret telefonun əməliyyat sisteminin yenilənməməsi ilə bağlı ola bilər.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edib ki, “WhatsApp”-da baş verən nasazlıqların yerli mobil operatorlar ilə əlaqəsi yoxdur.
Geri dön