Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm / Xəbəraz TV > İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - VİDEO

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - VİDEO


22-10-2017, 11:38. Yazar: Xeberaz

"Ayın sonunda mən Bakıya Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin açılış mərasiminə gələcəyəm Biz bu səfərə iki gün ayırmışıq".Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Space" telekanalı müxbirinin sualını cavablandırarkən bildirib.
Ərdoğan əlavə edib ki, magistralın təntənəli açılış mərasimindən başqa o, Bakıda həmçinin Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Ərdoğanın sözlərinə görə, o, yeni marşrut üzrə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə qatarda keçmək niyyətindədir: "Bundan başqa, Türkiyə, Azərbaycan və Gürcüstan arasında danışıqlar aparılacaq. Mənim qardaşım İlham Əliyev başqalarına da dəvətlər göndərib, təbii, onlar da Bakıya gələcək və bu çox gözəl hadisənin şahidi olacaqlar".

Geri dön