Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakının mərkəzində erməni bayraqlı maşın kimindir?

Bakının mərkəzində erməni bayraqlı maşın kimindir?


21-10-2017, 11:54. Yazar: Xeberaz
Bakının mərkəzində üzərində Ermənistan bayrağının rəngləri olan minik maşaını peyda olub. “Mercedes” markalı 10 UU 550 dövlət nömrə nişanlı avtomobilin arxa hissəsindəki emblemin üzərində erməni bayrağının rənglərinini əks etdirən emblem var. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) araşdırması nəticəsində də avtomobilin üzərindəki emblemin Ermənistan bayrağı olduğu təsdiqlənib. Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "report"a bildirib ki, həmin avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib:

“Araşdırma nəticəsində məlum oldu ki, “Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobil Şahin Xanaliyev adlı şəxsə məxsusdur. Həmin sürücü xaricdə yaşayır. Mənə dediyinə görə, avtomobili Bakıdakı avtosalonların birindən alıb. Özünün də avtomobilin üzərindəki bayrağın Ermənistan bayrağı olmasından xəbəri olmayıb. İddia etdi ki, guya bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır. Avtomobilin üzərindəki nişanın şəklini mənə göndərməsini istədim, o, da göndərdi. Sonra araşdırdıq, məlum oldu ki, avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib. İndi həmin nişanlı avtomobil Azərbaycana necə gəlib, məlum deyil. Çox güman ki, həmin avtomobil Azərbaycana Gürcüstandan gətirilib. Bu barədə onun özünə də dedik. Bildirdi ki, emblemi özü taxmayıb. Həmin emblemi qoparacağını dedi”.

V.Əsədov qeyd edib ki, müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma aparır.

Geri dön