Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Arif Quliyev müğənniliyə başladı – Bu da yeni mahnısı - VİDEO

Arif Quliyev müğənniliyə başladı – Bu da yeni mahnısı - VİDEO


19-10-2017, 13:57. Yazar: Xeberaz

Xalq artisti Arif Quliyev el şənliklərində özünü müğənni kimi də sınamaq qərarına gəlib.Xəbəraz.Az-ın məlumatına görə, aktyor bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb: “Mən artıq fikirləşmişəm ki, bəsdir güldürdüm, danışdım. İndi də müğənnilik edəcəm. İstəyirəm ki, toylarda oxuyum. Ona görə də yeni mahnı yazdırdım. Həvəskaram, müğənni yanında oxumağa utanıram. Mən musiqili komediya fakültəsini bitirmişəm. Düz 2 il incəsənət universitetinə aktyorluqdan imtahan vermişəm, qəbul ola bilməmişəm. Amma 3-cü dəfə fikirləşdim ki, sənədlərimi musiqili komediya fakültəsinə verim. Elə mahnını yaxşı oxuduğuma görə, məni ali məktəbə qəbul elədilər”.


Aktyor onu da əlavə edib ki, toy qiyməti elə də baha deyil: “Mən heç bir zaman bir qiymət deyib, o məbləğdə də dayanmıram. Kim nə hörmət edirsə, o qiymətə də razılaşıram. Yəni toy qiymətim elə də baha deyil”.

Geri dön