Ana Sayfa > Karusel / Gündəm > 24 dərəcə isti, çiskin - Sabaha olan HAVA PROQNOZU

24 dərəcə isti, çiskin - Sabaha olan HAVA PROQNOZU


19-10-2017, 13:31. Yazar: Xeberaz

Oktyabrın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 10-13° isti, gündüz  18-21° isti, Bakıda gecə  11-13°, gündüz  19-21° isti olacağı gözlənilir.
 
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
 
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.




Geri dön