Ana Sayfa > Karusel / Gündəm > Yağış kəsəcək, duman olacaq

Yağış kəsəcək, duman olacaq


17-10-2017, 12:29. Yazar: Xeberaz


Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
 
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.  
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz  16-20° isti, Bakıda gecə  10-12°, gündüz  18-20° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət   gecə 80-90 %, gündüz 60-70 %  olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
 
Zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.



Geri dön