Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda gənc tələbə bıçaqlandı

Bakıda gənc tələbə bıçaqlandı


20-03-2015, 13:22. Yazar: Xeberaz
Bakıda gənc tələbə bıçaqlandı
İlkin dindirilmə zamanı Abbasov yıxılaraq xəsarət aldığını deyib.

Bakıda 19 yaşlı tələbə təhsil aldığı unuversitetin yaxınlığında bıçaqlanıb.

Xeberaz.az ANS-ə istinadən xəbər verir ki, bud nahiyəsindən bıçaq xəsarəti ilə 1 saylı şəhər xəstəxanaısna çatdırılan Abbasov Səfər Eyyub oğluna cərrahi müdaxilə olunub.

Eyni zmanda hadisə bağlı ərazi üzrə Yasamal rayon polis idarəsinə də məlumat verilib.

İlkin dindirilmə zamanı Səfər Abbasov yıxılaraq xəsarət aldığını deyib.

Amma həkim ekspertizasının rəyi yaranın kəsici alət izi olduğunu deyib.

Hazirda faktla bağlı araşdırmalar aparılır.

Zərərçəkən Səfər Abbasovun Texniki universitetin 2-ci kurs tələbəsi olduğu deyilir.
Geri dön