Ana Sayfa > Karusel / Şou-Biznes > "Namuslu, qeyrətli qadın heç bir zaman yolunu aza bilməz"

"Namuslu, qeyrətli qadın heç bir zaman yolunu aza bilməz"


16-10-2017, 13:39. Yazar: Xeberaz

"Atv maqazin onlarla" verilişinin müsahibi olan müğənni Aygün Şükürova rejissor Kənan MM-lə ailə həyatından danışıb.
Xanım müğənninin sözügedən açıqlamasını təqdim edirik:
"Mən Türkiyədə olanda mənə dedilər ki, "Biz belə səs görməmişik. Bu səs dağları dələr keçər. Belə bir güclü səs yoxdur". Üzümə deyirdilər bunu. Dünyaya meydan oxuyan bir səs sahibi, sənətçi də olsam, yenə də onu ailəyə dəyişmərəm, heç bir zaman!  Bu gün həyat yoldaşım mənə sənəti qadağa qoysa, desə ki, "Oxumayassan, ürəyim istəmir oxuyasan", mən hər şeyi qurban verərəm ona. Çünki o istəmir. Mənim üçün bu həyatda ən müqəddəs, ən gözəl ailəmdir, həyat yoldaşımdır". 
Şou-biznesdəki boşanmalara görə Aygün sərt çıxışı ilə diqqət çəkib:
"Dar düşüncəli insan olmaq lazımdır bu cür addım atmaq üçün, ən azından, dar düşüncəli. Dar düşüncəli insanların ailəsində bu problemlər baş verir. Bilmirlər ki, nədən yaradırlar bu problemi. Namuslu, qeyrətli qadın, kişi heç bir zaman yolunu aza bilməz, bu cür problemlə üzləşə bilməz".


Geri dön