Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Bircə günə qripdən qurtulun – 3 ŞƏFALI İÇKİ
Bircə günə qripdən qurtulun – 3 ŞƏFALI İÇKİ15-10-2017, 20:12. Yazar: Xeberaz |
Artıq payızdır, havalar soyuyub. Belə havalarda isə immunitet sistemi zəif olan şəxslər dərhal xəstələnirlər. Sizə bircə günə qripdən qurtulub ayağa qalxa bilməniz üçün faydalı içkilərin reseptini veririk. 1. Limon detoksu: 1 ədəd limon 1 ədəd portağal 1 ədəd xiyar Təzə nanə 1 litr su Hazırlanması: Qrafinə bir litr su tökün, içinə ərzaqları doğrayıb soyuducuya qoyun. 1 gün saxladıqdan sonra günortalar için. 2. Qrip detoksu: 1 ədəd portağal 1 ədəd limon 1 ədəd zəncəfil 1 ədəd çubuq darçın 1 ədəd alma 1 litr su Nanə Hazırlanması: Bütün vəsaitləri əvvəlcə qaynadın, sonra soyudun. Soyuduqdan sonra günortalar içə bilərsiniz. 3. Zəncəfilli detoks: Bir kiçik zəncəfil 1 yarım portağal 1 yarım kivi 1 yarım naringi 1 yemək qaşığı yarım limon suyu 1 dəstə cəfəri Hazırlanması: Bütün vəsaitləri mətbəx robotundan keçirib yeməklərdən əvvəl içə bilərsiniz. Geri dön |