Ana Sayfa > Karusel / Şou-Biznes > "Maşın" realiti-şousunu bu dəfə o tərk etdi - Gözlənilməz qərar

"Maşın" realiti-şousunu bu dəfə o tərk etdi - Gözlənilməz qərar


15-10-2017, 10:30. Yazar: Xeberaz
"Maşın" realiti-şousunu bu dəfə o tərk etdi
ATV kanalında “Maşın” realiti-şousunun 15-ci sürəti olan “Xanımlar və Cənablar” buraxılışı davam edir. Bu gün yarışmanın altıncı günü keçirilib.
Yarışmanın qaydalarına əsasən sms səsverməsinə müğənni Rauf Əhmədov çıxıb. O, hədəfinin Mehriban Xanlarova olduğunu deyib.
M, Xanlarova isə Raufun bu qərarı ilə bağlı fikrini belə izah edib: “Rauf mənim rəqibim ola bilməzdi. Amma belə oldu. Bu gün səsvermədə onun şəklini də atmamışam. Ona hər zaman dəstək olmuşam. Deyiblər çıxarılsın, demişəm qoy qalsın”.
Qeyd edək ki, sonda Raufun lehinə 86.87 faiz səs verilib və yarışmada qalmaq haqqı qazanıb. O, Mehriban Xanlarovanın dünənki jestinə qarşılıq verib və onu verilişdən kənarlaşdırmayıb. Rauf əvvəlcə teleaparıcı Zemfira Adıgözəlova, sonra isə meyxanaçı Vüqar Əbdülovu, həmçinin özünü şoudan kənarlaşdırmaq istəyib. Sonda isə qərar verərək Zemfira Adıgözəlovanı şoudan göndərib.

Geri dön