Ana Sayfa > Karusel / Hadisə > “Qarabağ”ın futbolçusunun qızı dünyasını dəyişdi

“Qarabağ”ın futbolçusunun qızı dünyasını dəyişdi


14-10-2017, 17:34. Yazar: Xeberaz


Bu gün Qarabağ klubunda yarımmüdafiəçi kimi çıxış edən haitili futbolçu Donald Gerryenin qızı dünyasını dəyişib.
 
Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
 
Qeyd edək ki, Gerrye 6 iyul 2017-ci ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan “Qarabağ” klubu ilə iki illik müqavilə imzalayıb.
 
Vild-Donald Gerye Qarabağ klubu ilə debütünü 11 iyul 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Samtredia klubuna qarşı oyunda edib.
 
O, ikinci hissədə oyuna daxil olub və 83-cü dəqiqədə qolla yadda qalıb. Həmin görüşdə “Qarabağ” rəqibinə 5-0 hesabı ilə qalib gəlib.
Geri dön