Ana Sayfa > Karusel / Gündəm > Nazirlik əhaliyə xəbərdarlıq etdi: qarşıdakı günlərdə...

Nazirlik əhaliyə xəbərdarlıq etdi: qarşıdakı günlərdə...


14-10-2017, 17:34. Yazar: Xeberaz


Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Lent.az xəbər verir ki, xəbərdarlıqda oktyabrın 16-sı gündüzdən, 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı qeyd edilib.
 
Bildirilir ki, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 




Geri dön