Ana Sayfa > Karusel / Hadisə / Dünya > Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 36-ya çatıb

Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 36-ya çatıb


14-10-2017, 09:17. Yazar: Xeberaz


ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Son məlumatlara əsasən, yanğın azı 5 700 çox ev və inzibati binanı qismən və yaxud tamamilə məhv edib, təxminən 90 min insan evini tərk etmək məcburiyyətində qalıb. Hazırda bölgədə 17 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 9 minə yaxın yanğınsöndürən cəlb edilib. Yerli canlı qüvvəyə Kanada və Avstraliyadan gələn yanğınsöndürənlər kömək edir. 
Geri dön