Ana Sayfa > Karusel / Maraqlı / M2 / Foto-fakt > Hansı məşhurların övladları hərbi xidmət keçib? - SİYAHI
Hansı məşhurların övladları hərbi xidmət keçib? - SİYAHI13-10-2017, 10:59. Yazar: Xeberaz |
Bir neçə il öncə bəzi tanınmışların və məmurların övladları cürbəcür yollarla çağırışdan yayınmağa çalışırdılar. Onlar daha rahat keçən həyatlarından qopmaq istəmirdilər. Son illər isə bu yanaşmanın aradan qalxmaq üzrə olduğu görünür.(metbuat.az) Xalq artisti Alim Qasımov oğlunun hərbi xidmət keçdiyini söyləyib. Xalq artisti Arif Babayevin 1 oğlu var. O da hərbi borcunu ödəyib. Əməkdar artist Elza Seyidcahan da bildirib ki, oğlu hərbi xidmətini Qusarda çəkib. Müğənni Tacir Şahmalıoğlunun oğlu isə əsgərlikdən təzə qayıdıb. Müğənni Əlikram Bayramov da oğlunun hərbi xidmətdə olduğunu deyib. Müğənni Manaf Ağayev də oğlunun hərbi xidmətdən bu yaxınlarda qayıtdığını bildirib. Geri dön |