Ana Sayfa > Karusel / Gündəm > "Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək"

"Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək"


13-10-2017, 10:49. Yazar: Xeberaz

Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək.
Xəbəraz.Az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, oktybarın 13-14-də temperaturu bu günlərlə müqayisədə 2-3 dərəcə artacaq: "Əvvəlcədən xəbər verildiyi kimi, müşahidə olunan hava şəraiti 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq".
Geri dön