Ana Sayfa > Karusel / M2 / Texnologiya > “WhatsApp”da boşluq aşkar edildi

“WhatsApp”da boşluq aşkar edildi


11-10-2017, 18:32. Yazar: Xeberaz
“WhatsApp”da boşluq aşkar edildi
Hakerlər “Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində sizin şəbəkədə keçirdiyiniz vaxtı, kimlə ünsiyyət saxladığınızı öyrənə bilərlər. Bu halda onlayn statusu göstərən funksiyanın deaktiv edilməsi kömək etməyəcək.Qurğuya müdaxilə üçün hansısa bir qeyri-adi qabiliyyətə malik olmaq lazım deyil.
Proqramlar haqda orta təsəvvürə malik olan istənilən noutbuk  sahibi internet aktivlik haqda fərdi məlumatları ələ keçirmək qabiliyyətinə malikdir. Onlayn status əsas boşluqdur. “Google Chrome” brauzeri üçün genişlənməni quraşdıraraq istifadəçidən xəbərsiz onun fəallığını qeydə almaq olar.
Əldə edilmiş məlumatları araşdıraraq kimin kimlə yazışmasını bilmək olar.
Geri dön