Ana Sayfa > Karusel / Hadisə > Bakıda ailə faciəsi: Ana qızının evindən özünü atdı

Bakıda ailə faciəsi: Ana qızının evindən özünü atdı


11-10-2017, 10:39. Yazar: Xeberaz


Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Lənkəran rayonunda anadan olmuş 1965-ci il təvəllüdlü Babayeva Sidiqə Əzim qızı özünü Xətai rayonu, Əhmədli qəsəbəsi, Telnov küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.
Bildirilir ki, həmin evdə S.Babayevanın qızı yaşayır. 52 yaşlı qadın müvəqqəti olaraq qızının yanında yaşayırmış. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön