Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiyada kütləvi dava, azərbaycanlılar yaralandı

Rusiyada kütləvi dava, azərbaycanlılar yaralandı


1-07-2015, 12:13. Yazar: Xeberaz
Rusiyada kütləvi dava, azərbaycanlılar yaralandı
Gecə baş verən kütləvi davada yaralananlardan biri yeniyetmədir.
Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava baş verib. ANS PRESS-in "İnterfaks"a istinadla verdiyi məlumata görə, daha Moskvanın Domodedova rayonunda qeydə alınıb.

Daxili işlər orqanlarından verilən məlumata görə, davada 10-a yaxın insan iştirak edib. Onlardan 4 nəfər xəstəxanaya yerləşdirilib. Yaralıların 3-ü Azərbaycan, biri isə Özbəkistan vətəndaşıdır.

"Çərşənbə axşamı gecə saat 2 radələrində Sonino kəndində mağazanın yaxınlığında kütləvi dava baş verib. Nəticədə dörd nəfər xəsarət alıb. Azərbaycanlılardan biri yeniyetmədir".

Bışaq yarası alan özbəyin vəziyyəti daha ağırdır və onun huşu özündə deyil.

Digər yaralıların sözlərinə görə, onların mübahisəsi tanımadıqları şəxslərlə olub. Sözlə başlayan mübahisə sonradan soyuq silahların da çıxdığı davaya çevrilib. Qarşı tərəf onları yaraladıqdan sonra hadisə yerindən qaçaraq uzaqlaşıb.

Hazırda faktla bağlı araşdırma başlayıb. Hadisəni törədənlərin axtarışı aparılır.

Geri dön