Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > 50 hərbi qulluqçumuz Əfqanıstana yola salındı - Fotolar

50 hərbi qulluqçumuz Əfqanıstana yola salındı - Fotolar


10-10-2017, 20:40. Yazar: Xeberaz
50 hərbi qulluqçumuz Əfqanıstana yola salındı

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.



Geri dön