Ana Sayfa > Karusel / Maraqlı > Telman İsmayılovun daha bir şirkəti müflis elan edildi

Telman İsmayılovun daha bir şirkəti müflis elan edildi


10-10-2017, 14:54. Yazar: Xeberaz

Moskvanın Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxil olan “Praqa-AST” şirkətini müflis elan edib.
 
Bu haqda  Rusiya KİV yazıblar.
 
Məlumata görə, müflislik barədə hesabatın vaxtı gələn il marıtn 20-ə təyin edilib.
 
Xatırladaq ki, “Praqa-AST”nin müşahidə altına alınması prosedurunu Arbitraj Məhkəməsi bu ilin aprelində “BM-Bank”ın müraciəti əsasında işə salmışdı.
 
Qeyd olunur ki, T.İsmayılovun kreditorlar qarşısında 20 milyard rubla yaxın borc öhdəliyi var.
Geri dön