Ana Sayfa > Karusel / Gündəm > “Aprel şəhidi”nin doğum günüdür

“Aprel şəhidi”nin doğum günüdür


10-10-2017, 10:15. Yazar: Xeberaz

Bu gün 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”nin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Ruhin Qəhrəmanovun doğum günüdür.  
Əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub.

Ruhin Qəhrəmanov 2016-cı il aprelin ilk günlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki şiddətli döyüşlərdə  qəhrəmancasına şəhid olub.
Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvardakı 2 saylı məcburi köçkün şəhərciyindəki məzarlıqda son mənzilə yola salınıb. 

Ruhin Qəhrəmanov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Geri dön