Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya / Ekskluziv > Xanəndə Könül Məmmədli:"Sənəti olmayan,bayağı ifalar edənlər.."

Xanəndə Könül Məmmədli:"Sənəti olmayan,bayağı ifalar edənlər.."


11-10-2017, 11:59. Yazar: Xeberaz


Gənc və istedadlı,məlahətli səsə malik xanəndə Könül Məmmədli susqunluğunu pozacaq...
İlk öncə məlumat üçün qeyd edək ki,Könül Məmmədli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.Konservatoriyada magistr təhsili alıb və hal-hazırda magistrantdır.2011 ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsi laureantının finalçılarındandır.Əlibaba Məmmədov,Qəznfər Abbasov,Mənsum İbrahimov,Səkinə İsmayılova kimi ustadlardan dərs alan xanəndə xaricdə azərbaycan musiqisini dəfələrlə layiqincə təmsil edib.Amerikada 2 dəfə möhtəşəm konsertlə çıxış edən Könül xanım həmçinin Almaniya,Litva,Türkiyə kimi ölkələrdə konsert proqramı ilə çıxış edib.
Xəbəraz.Az-a özəl açıqlama verən müğənni şou biznesin indiki halından gileylənib."Çox təəssüf ki,sənəti olmayan,bayağı ifalar edənlər hər zaman efirlərdədirlər və gündəmdə qalıb özlərini gözə sala bilirlər.İstedadı və səsi olan müğənnilər efirdən kənardadırlar və hətta mən deyərdimki onlara layiqli dəyər verilmir..Mən çox istərdim ki,hər kəsə layiq olduğu dəyər verilsin.Sənəti ilə gündəmdə olan gözəl ifalarla tamaşaçının zövqünə oxşamağı bacaran müğənnilər efirlərdə tez-tez görünsün və bunun üçün lazımı dəstək olunsun."
Onuda qeyd edək ki,xanəndə "Ana" adlı son ifasini izləyiciləri ilə paylaşıb.Musiqi tamaşaçılar tərəfindən çox bəyənilib.






Geri dön