Ana Sayfa > Karusel / Şou-Biznes > Türkiyənin Fulini, Zemfirasayağı sənətçilərimiz, söyüşcül Kənan - HƏFTƏBECƏR

Türkiyənin Fulini, Zemfirasayağı sənətçilərimiz, söyüşcül Kənan - HƏFTƏBECƏR


9-10-2017, 10:01. Yazar: Xeberaz

Jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (143-cü say) təqdim edirik.

Əməkdar artist Naibə Allahverdiyeva deyib ki, sənətdə irəliləmək üçün istedaddan, çalışqanlıqdan başqa həm də şans və arxan olmalıdır. Tamamilə doğrudur. Bu açıqlamanı bir dəfə də Cennifer Lopezin dilindən eşitmişəm. Ona görə də Naibə xanıma haqq qazandırıram.
Xalq artisti Məleykə Əsədova həmkarı Ramiz Məliki bağışlamayıb. Yadınızdadırsa, Ramiz Məlik Əsədova haqda burada yaza bilməyəcəyim ifadələr səsləndirmişdi. Sonradan üzrxahlıq da etdi. Amma üzrxahlıq "gömrükdən" keçə bilmədi və qəbul olunmadı. Ancaq deyim ki, xalq artisti daşıyan şəxsləri bu kimi şeylərə görə məhkəmələrdə görmək məyusedicidir. Onlar belə edəndən sonra mən "gecəsi iki minə seriala çəkilirəm" deyən aktrisalardan, aktyorlardan nə gözləmək olar?
Sənətçilərin ailə mövzuları barədə danışmaqları ayrı bir aləmdir də. Oxu, sonra gül ki güləsən. Bahar Lətifqızı da bu mövzuda maraqlı açıqlamalar verib. Yeri gəlmişkən, Bahar xanım üçcə dəfə ailə həyatı qurub. Həyatdır da, Zaur. Gətirməyəndə gətirmir.
Türkiyənin bir cavan müğənnisi var - Fulin. Bir həftədir gəzmədiyi radio, televiziya, sayt, qəzet qalmayıb. Oralarda səkkizinci dərəcəli sənətçidir ha. Bilmirəm, onu kim Azərbaycana gətirib. Ancaq görünən budur ki, qış aylarında solo konsertini də təşkil edəcəklər Fulinin. Yeri gəlmişkən, bizim yerli şou biznesdən Fulinlə müqayisə etməyə heç kimi tapmadım.
Rusiyanın məşhur müğənnisi Zemfira rəfiqəsiylə evlənib. Bizim sənət aləmində də o qədər "zemfiralar" var ki. İntəhası nə qanun buna icazə vermir, nə də cəsarətləri. Buradakı "zemfiralar" vətəndaş nikahında yaşayırlar.
Tacirlə Fədayənin sevgi dastanı da uzandıqca uzanır. Tacir deyir ki, sevgili olmamışıq, Fədayə deyir yox e, məndən ötrü ölürdü. Hətta o qədər dəli divanəydi ki, ona "yox" deyəndə uzanıb restoranın həyətində ağlayırdı. Tərslikdən o altı illik münasibətdən bir uşaqları da olmayıb ki, çıxa abırlarını bükə ətəklərinə.
Rejissor Kənan Mahmudovla (M.M.) jurnalistlər arasında qalmaqal yaranıb. İndi Kənan sosial şəbəkədə söyüşün birini bir qəpikdən yazır onların ünvanına. Əslində, təhqir heç zaman çıxış yolu deyil. Ancaq unutmaq lazım deyil ki, istənilən insanın "damarına" basanda, diqqətli olmaq lazımdır. Oğul axtarıram ki, Ruhi haqda tənqid yazsın. 38 cür mətbuat katibi var. Hərəsi bir yerdən təzyiq göstərəcək, xahiş, minnət də öz yerində. Hələ arabir 5-3 manat da görüm-baxım edəcək ki, gedin çay için, qəlyan çəkin. Kənan axı bunları eləmir. Ona görə də tənqid obyekti olmağı normaldır.
Damla... heeçç, elə-belə, sadəcə yazdım. Bir xəbər var idi. İntəhası, boşuna yer doldurmaq istəmədim.
Bir həftə əvvəl Mətanət Əsədovanı müsahibəyə çağırmışdım. Dedi ki, xəstəyəm, halım yoxdur. Elə iki gün sonra gördüm ki, efirdədir. Özü də etiraf elədi ki, nasazdır. Elə efirə gəlməyi ilə getməyi bir oldu. Küsdürdülər, çıxdı getdi. Mənə çatmayan bir məsələ var. Niyə sənətçilər diktofon görəndə danışmağı özlərinə ar bilirlər, amma kamera görəndə soyuqdəymələri də keçir?
Geri dön