Ana Sayfa > Karusel / Gündəm / İdman > DÇ-2018: Azərbaycan Almaniya ilə üz-üzə
DÇ-2018: Azərbaycan Almaniya ilə üz-üzə8-10-2017, 10:18. Yazar: Xeberaz |
||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start veriləcək. Azərbaycan millisi qrupdakı son matçını səfərdə keçirəcək. Yığmamız Almaniya ilə görüşəcək. Keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Bundestim artıq mundiala vəsiqəni təmin etsə də, seçmə mərhələni 100 faizlik nəticə ilə başa vurmaq iddiasındadır. Almaniya – Azərbaycan matçı Kayzerslautern şəhərində keçiriləcək. DÇ-2018-in seçmə mərhələsi Avropa zonası, C qrupu X tur, 8 oktyabr 22:45. Almaniya – Azərbaycan Baş hakim: Andris Treymanis Baş hakimin köməkçiləri: Harald Qudermanis, Aleksey Spasyonnikov Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya) Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya) Komissar: Jan-Fransua Kruk (Belçika) Kayzerslautern. Frits Valter stadionu
Geri dön |