Ana Sayfa > Karusel / Hadisə > Xızıda ağır qəza - 2 ölü, 2 yaralı

Xızıda ağır qəza - 2 ölü, 2 yaralı


7-10-2017, 09:51. Yazar: Xeberaz
Xızıda ağır qəza

Xızıda ölümlə nəticələnən yol qəzası baş verib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xızı rayonu, Sitalçay kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı maneələrə çırpılıb.
Sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədi Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin hər ikisi Rusiya vətəndaşıdır. Qəza zamanı ölənlərdən biri 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlu, digəri isə 1971-ci il təvəllüdlü Nağıyeva Elnarə Zaman qızıdır.
Daha iki nəfər isə ağır xəsarət alıb. Onlar  M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasına yerləşdiriliblər.
Geri dön