Ana Sayfa > Karusel / Hadisə / M2 / Fotogalereya > Avtomobil dərəyə aşdı, yaralı var
Avtomobil dərəyə aşdı, yaralı var30-06-2015, 19:41. Yazar: Xeberaz |
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. Masallı-Yardımlı şossesində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Xeberaz.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin istintaq müstəntiqi Elvin Əzimovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün Masallı rayonun Qəriblər kəndi ərazisində qeydə alınıb. Qəriblər kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Qılman oğlu Əkbərovun idarə etdiyi 44-BN-241 dövlət nömrə nişanlı “VAZ-2107” avtomobil idarəetməni itirərək dərəyə aşıb. Hadisə yerinə dərhal təcili yardım maşını cəlb olunub. Masallı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstə daxili qanaxma, qapalı kəllə-beyin travması ilə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti ağırdır. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. Geri dön |