Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > "Ərinizin üzünə gülümsəsəm, qaçıb yanıma gələrlər" - Müğənni Afət - VİDEO

"Ərinizin üzünə gülümsəsəm, qaçıb yanıma gələrlər" - Müğənni Afət - VİDEO


6-10-2017, 19:58. Yazar: Xeberaz
 
Müğənni Afət Fərmanqızı bəlkə də son illərin ən odlu-alovlu açıqlamasını etdiyindən bixəbərdir.
Həyat yoldaşından boşanan xanım ifaçı sosial şəbəkədə paylaşdığı bir video üzərinə qeyd etdiyi şərhlə bu və digər məqamlara aydınlıq gətirib.
Afətin sözügedən paylaşımına yazdığı qeydi təqdim edirik:

"Zaur bəy, Mən də sizi salamlayıram. Və bir də bu mövzuya qayıtmayacam. Dostlar, Zaur bəy o saxta gül məsələsini deyərkən məni nəzərdə tutmayıb və bu videoda da şahidi olarsınız. Mənə verilən hədiyyələrin yanında gül nədir ki, onu da saxta edim. Səhifəmi izləyənlər bilir ki, o güldən tez- tez gəlir mənə. (Bir şeyi də qeyd edim ki, gülü göndərəni mən sevmirəm. Qısacası, sevgilim deyil! Sevgilim də yoxdur. 11 ilimi verdiyim, ona görə sənətimi atdığım və axırda da xəyanətdə tutduğum şəxsiyyətsizin, satqının biri məni həyatdan elə iyrəndirdi ki, baxmayaraq qisasımı aldım, amma heç kəsə güvənim qalmadı. Mənim sevdiyim Allahım , oğlum və sizlər. Xoşbəxtəmmi? Bəli. Çünki 99 faiz xanımlar ərləri və sevgililəri tərəfindən aldanıldığını bildikləri halda, məni aldadan yoxdur! Şou- biznesdəkilər də çoxu yalandan göstəri üçün yanındakılardan kiməsə qıcıq vermək ücün istifadə edirlər. Güya bunların"əri" var. Güya bunlar bir- birini sevir. Hamı yaxşı tanıyır hamını. Elə fonoqrama ərin və ya sevgilinin olmasından olmaması yaxşıdır. Bu dəqiqə o "ərciklərinizin" birinin üzünə azca gülümsəsəm, həmən səni atıb, mənim yanımda olar. Amma mənim nakişilərlə işim olmaz!"



Geri dön