Ana Sayfa > Karusel / Gündəm > Lamiyə Ələkbərovaya ATV-də vəzifə verildi

Lamiyə Ələkbərovaya ATV-də vəzifə verildi


6-10-2017, 19:55. Yazar: Xeberaz
Lamiyə Ələkbərovaya ATV-də vəzifə verildi
Tanınmış teleaparıcı Lamiyə Ələkbərovaya “Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasında (ATV) vəzifə verilib.
Teleaparıcı kanalın yaradıcılıq üzrə rəhbəri təyin olunub. O, ATV-dəki vəzifəsinin icrasına bu gündən başlayacaq. 
Xəbəri təsdiq etmək üçün L.Ələkbərova ilə əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, 11 il AzTV, 11 il isə Lider TV-də çalışan Lamiyə Ələkbərova bir müddət öncə İctimai Tv-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi. 
Geri dön