Ana Sayfa > Karusel / Gündəm / M2 > Aşura günü qan verən 122 nəfərdə təhlükəli infeksiya aşkarlandı

Aşura günü qan verən 122 nəfərdə təhlükəli infeksiya aşkarlandı


6-10-2017, 15:10. Yazar: Xeberaz



"Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122 nəfərin qanında təhlükəli infeksiya aşkarlanıb”.
 
Bu barədə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, 122 nəfərdən 81-də hepatit, 38 nəfərdə sifilis, 3 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb. 
 
Qeyd edək ki, Aşura günü hər bir vətəndaşdan alınan qan 3 saat ərzində Mərkəzi Qan Bankında olan soyuducuda saxlanılaraq 4 infeksiyaya (Hepatit B, Hepatit C, HİV və Sifilis) infeksiyasına qarşı yoxlanılır. 




Geri dön