Ana Sayfa > Karusel / İdman / M2 > Bakı Formula 1 trasının inşasına hazırdır

Bakı Formula 1 trasının inşasına hazırdır


30-06-2015, 17:12. Yazar: Xeberaz
Bakı Formula 1 trasının inşasına hazırdır
“Biz bir neçə qeyri-adi həll tətbiq etdik”.

Məşhur memar German Tilke Azərbaycanda Qran-Prinin keçirilməsi üçün trasın yaradılması üzərində işin gələn həftə başlayacağından danışıb,
Xeberaz.az sports.ru-ya istinadən xəbər verir.

Keçən həftə Bakıda Avropa Oyunları başa çatıb, indi isə memarın sözlərinə görə, yarış dairəsinin inşasına başlamaq olar.

“Biz bütün layihənin hazırlanmasını başa çatdırmışıq, amma Avropa Oyunlarına görə, inşaat işlərinə başlaya bilmirdik. Aydındır ki, Bakıda idman yarışlarının keçirilməsi zamanı böyük tikintiyə başlamaq istəmirdilər.

Bakıda biz bir neçə qeyri-adi həll tətbiq etdik. Trass köhnə şəhərdən keçəcək, yekun nəticə isə fantastik olacaq”, - Tilke bildirib.
Geri dön